Xəzər rayonu, Türkan qəsəbəsində torpaqların qanunsuz satılması, mənimsənilməsi və digər bu kimi əməllərlə bağlı daha iki nəfər məhkəmə qarşısına çıxarılıb.
BUTA.TV xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsəbə bələdiyyəsinin keçmiş sədri Mehman Ağayev və torpaq alqı-satqısı ilə məşğul olan Qərib Nadirov barəsindəki işə baxılıb.
Cinayət Məcəlləsinin 178 (Dələduzluq) və 320-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə barəsində iş açılmış M.Ağayev sınaq müddəti təyin edilməklə şərti cəzaya məhkum edilib. O, məhkəmə zalından azadlığa buraxılıb. Qərib Nadirova isə 4 il 3 ay həbs cəzası verilib.
Qeyd edək ki, məlum torpaq qalmaqalı həyatda olan 2 qadının ölmüş şəxs kimi qeydiyyata alınaraq onların adına olan torpaqların mənimsənilməsi faktı üzə çıxdıqdan sonra yaranmışdı. Bundan sonra çoxsaylı digər qanunsuz əməllər də üzə çıxıb. Türkan qəsəbəsi və ətraf ərazilərdə daşınmaz əmlak alqı-satqısı ilə məşğul olan bir neçə nəfər, həmçinin qəsəbənin icra nümayəndəsi də daxil olmaqla müxtəlif şəxslər cinayət məsuliyyətinə cəlb edilib.
44 günlükdəki kimi hücumla üz-üzəyik: bu, əsl müharibədir! - Beqoyan
Xatırladaq ki, bu işlə bağlı tutulanlar qəsəbədə Əzizəxanım Atayeva və Xumara Şabanovanın sağ olduğu halda, onları ölmüş kimi rəsmiləşdirib dəniz sahilindəki torpaq sahələrini xəbərləri olmadan satmaqda təqsirləndirilirlər.
- İdmançımız qəzaya düşdü - Anbaan video
- Qazaxda mina partlayışı: xəsarət alan var
- ABŞ dövlət katibinin müavini Azərbaycana gəlir
- Qiymət 3 dəfə qalxdı, 3 gündür verilmir - Nə qədər pul “silinir”?
- C-130 buna görə qəzaya uğrayıb - “A Haber”
- Əliyevadan Milli Dirçəliş Günü ilə bağlı paylaşım - Foto
- 44 günlükdəki kimi hücumla üz-üzəyik: bu, əsl müharibədir! - Beqoyan
- Bakı və Ankaranın həmrəyliyi bu düyünü açacaq - Ekspert