Azərbaycan və Böyük Britaniya tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş üzrə razılıq əldə etməyə yaxındır”
BUTA.TV xəbər verir ki, bunu Report-a müsahibəsində Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld deyib.
“Biz Azərbaycanla tərəfdaşlıq və əməkdaşlıq sazişi üzrə razılığa gəlməyə yaxınıq. Yalnız bir neçə detalın razılaşdırılması qalıb. Ümid edirik ki, bu sazişi tezliklə bağlaya biləcəyik. Bu, xüsusilə ticarət əlaqələrinə aiddir. Lakin geniş mənada, bir sıra digər sahələrdə genişmiqyaslı əməkdaşlıq davam edir”, - o vurğulayıb.
Səfir qeyd edib ki, son 30 il ərzində Böyük Britaniya Azərbaycan iqtisadiyyatına 85 milyard dollar sərmayə qoyub və Azərbaycanda ən böyük birbaşa xarici investora çevrilib.
- Azərbaycanlı diaspor lideri Rusiyada saxlanıldı
- Putin TŞ-nin iclasını çağırdı
- Türkiyədə təriqət liderinin qardaşı da saxlanıldı
- Rusiyanın bu aerodromunu vurduq - Zelenski
- Onlarla döyüşmək niyyətimiz yoxdur - İraq
- “Bu fakt qürur hissi doğurur”
- Zelenski “Maşa və Ayı”ya sanksiya qoydu, Kremldən cavab
- İsrail HƏMAS komandirini məhv etdi