Ermənistan hərbi tribunalın yaradılması məsələsinə baxılır.
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistan baş naziri Nikol Paşinyan Çexiyada erməni icması ilə görüşündə deyib.
“Ermənistanda ixtisaslaşmış məhkəmələr var. Gündəliyə hərbi tribunalın yaradılması məsələsi də daxildir”, - deyə Paşinyan bildirib.
Erməni baş nazir həmçinin özünün mühakimə olunması məsələsini şərh edib:
“Siz demək istəyirsiniz ki, mən mühakimə olunmağıma və güllələnməyimə razı olmalıyam? 2020-ci il müharibəsində xalq qarşısına çıxdım və dedim: Əgər hesab edirsinizsə ki, məni güllələmək lazımdır, o zaman mən divara söykənərəm. Əgər hansısa zamanda xalq buna qərar versə, hazıram. İstəyirsinizsə, güllələyin”.
- Onlarla döyüşmək niyyətimiz yoxdur - İraq
- “Bu fakt qürur hissi doğurur”
- Zelenski “Maşa və Ayı”ya sanksiya qoydu, Kremldən cavab
- İsrail HƏMAS komandirini məhv etdi
- “Bu, son beş ildə yeddinci səfərimdir”
- Prezident Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib
- ABŞ-la dialoqa hazırıq, amma... - Ryabkov
- Qurban Qurbanovun “Tvente” dərsi...