Bu gün Azərbaycanın beynəlxalq nüfuzu daha da artmaqdadır.
BUTA.TV xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov "Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu: sosial-iqtisadi keçidin tarixi və müasirliyi" mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin qarşıya qoyduğu əsas hədəflərdən biri də milli mənafelərə əsaslanan səmərəli və praqmatik xarici siyasət strategiyasının qurulması idi:
"Ümummilli Lider Heydər Əliyev keçmiş münaqişənin həllini ən vacib məsələ kimi xarici siyasət gündəliyində müəyyən etmişdi. Bu istiqamətdə atılmış mühüm addımlardan biri atəşkəsin əldə edilməsi oldu".
C.Bayramov bildirib ki, Ulu Öndərin ən böyük arzusu torpaqlarımızın işğaldan azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi idi:
"Ümummilli Lider torpaqlarımızın azad olunacağını və xalqımızın öz yurd-yuvalarına qayıdacağını bildirirdi. Bu missiya Ulu Öndərin layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yerinə yetirildi. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində zəfər qazanaraq işğal altında olan torpaqlarımızı azad etdi. Azad edilən ərazilərimiz dövlət başçısının rəhbərliyi ilə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəal iştirak ilə yenidən dirçəlir. Bu gün üçrəngli bayrağımız azad edilən torpaqlarda qürurla dalğalanır".
Nazir vurğulayıb ki, Azərbaycanın postmünaqişə dövründə regionda sülh səyləri xarici siyasət xəttimizdə yeni dövrün başlanğıcının göstəricisidir: "Bu gün ölkəmizin beynəlxalq nüfuzu daha da artmaqdadır. Əminik ki, bütün bu nailiyyətlərə görə Ulu Öndərin ruhu şaddır".
- İsmayıllıda toyda 31 nəfər zəhərləndi - Yenilənib
- Belarus bu ölkədəki səfirliyini bağlayır
- FTX generalının Moskvada meyiti tapıldı
- Hamiləliyini sonlandırmaq istəyən 24 yaşlı qadın xəstəxanada öldü - Foto
- ABŞ-da təyyarə qəzası: 8 ölü
- Paşinyan Moskvadakı səfiri geri çağırır – Səbəb
- TƏBİB-dən xəstəxanadakı həmin görüntülərlə bağlı - Açıqlama
- “Azərbaycan dilini öyrənərkən Gəncədə bir ailənin evində qalırdım” - Yeni səfir