Əlbəttə, Soros zibillərinin Stalinlə bağlı atmacaları məhz Stalinin rəhbərliyi ilə əldə edilən Qələbə günü öncəsi oldu. Yöndəmsiz işləyir.
BUTA.TV xəbər verir ki, bu sözləri Rusiya Hərbi-Siyasi Jurnalistika Mərkəzinin eksperti Boris Rojin Ermənistan Baş naziri Nikol Paşinyanın Stalinin müharibənin əvvəlindən bunkerdə olması barədə sözlərinə cavab olaraq deyib.
“Paşinyan deyir ki: “Hamımız Stalinin psixoloji cəhətdən daha hazırlıqlı vəziyyətdə olduğu fikri ilə qarşılaşırıq. Stalini öz rezidensiyasında üzü üstü döşəməyə uzanmış vəziyyətdə tapmışdılar. Əvvəlcə düşündülər ki, o xəstələnib, ölüb, tərpənmədən uzanır. Amma Stalin sağ və sağlam idi. Müharibənin başlanması xəbəri olu mənəvi baxımdan məhv etmişdi, çünki bundan əvvəl imzalanan müqaviləyə görə Almaniya ilə müharibə olmayacağını hesablayırdı. Şahidlərin sözlərinə görə, Stalin 3 gün üzü üstə yatır, nəhayət, onu inandırırlar ki, sən bu vəziyyətdəsənsə, gör bizim vəziyyətimiz necədir? Qalx, nəsə etmək lazımdır?” Bütün bunlar köhnə, Xruşşov nağıllarıdır və çoxdan ifşa olunub”, - Rojin bildirib.
O qeyd edib ki, Stalinin həmin günlərdə kimlərin ziyarət etdiyi barədə jurnallar çoxdan məxfilikdən çıxarılıb və müharibənin ilk günlərində kimlərlə işlədiyi, kimləri qəbul etdiyi, ölkəni müharibə relsinə necə keçirdiyi hər kəsə bəllidir.
“Müharibənin ilk günlərində Stalinin iş qrafikinə baxın:
21 iyun – 18:27-dən 23:00-a qədər – 13 nəfəri qəbul edib;
22 iyun – 05:45-dən 16:40-a qədər – 9 nəfəri qəbul edib;
23 iyun – 03:30-06:25 8 nəfər, 18:45-01:25 9 nəfər qəbul edib;
24 iyun – 16:20-21:30 – 20 nəfəri qəbul edib;
25 iyun – 01:00-6:50 – 11 nəfər, 19:40-01:00 – 16 nəfəri qəbul edib və s.
İstənilən şəxs üçün həmin günlərdə kimləri qəbul etdiyini öyrənmək çətin deyil. Vətən müharibəsi ilə bağlı bu kimi çoxsaylı yalanlar çoxdan tarixçilər tərəfindən tədqiq edilib və bağlanıb”, - o vurğulayıb.
- İsmayıllıda toyda 31 nəfər zəhərləndi - Yenilənib
- FTX generalının Moskvada meyiti tapıldı
- Hamiləliyini sonlandırmaq istəyən 24 yaşlı qadın xəstəxanada öldü - Foto
- ABŞ-da təyyarə qəzası: 8 ölü
- Paşinyan Moskvadakı səfiri geri çağırır – Səbəb
- TƏBİB-dən xəstəxanadakı həmin görüntülərlə bağlı - Açıqlama
- “Azərbaycan dilini öyrənərkən Gəncədə bir ailənin evində qalırdım” - Yeni səfir
- ABŞ aviadaşıyıcısını 9 aydan sonra Yaxın Şərqdən çıxardı