Mayın 3-5-də Xorvatiyanın Voditsa şəhərində keçirilən Minatəmizləmə üzrə 19-cu Beynəlxalq Simpozium çərçivəsində ölkəmizin Xorvatiyadakı səfirliyi, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) və Xorvatiya Minatəmizləmə Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycanın minalarla çirklənmə problemi: çağırışlar və həll yolları” mövzusunda tədbir keçirilib.
ANAMA-dan BUTA.TV-a bildiriblər ki, tədbirdə müxtəlif ölkələrin minatəmizləmə qurumları, bu sahədə ixtisaslaşmış qeyri-hökumət və donor təşkilatların nümayəndələri, habelə istehsalçı şirkətlərin təmsilçiləri iştirak ediblər.
Simpoziumda minatəmizləmə sahəsində qabaqcıl elmi-praktik nailiyyətlər, davamlı həllər, mina qurbanlarına dəstək kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirdə ölkəmizin Xorvatiyadakı səfiri Anar İmanov, Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov, Prezident Administrasiyanın əməkdaşı, azad edilmiş ərazilərin bərpa və yenidənqurması üzrə Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin Katibliyinin rəhbərinin müavini Sultan Hacıyev çıxış edib, ölkəmizin mina probleminə dair təqdimat nümayiş olunub.
Natiqlər ölkəmizin işğaldan azad edilmiş ərazilərində mövcud mina və partlamamış hərbi sursat problemi, həmin problemin insan həyatına qarşı törətdiyi ciddi təhdid və işğal dövründə viran qoyulmuş ərazilərin bərpa və yenidən qurulması işlərinə yaratdığı maneələr barədə məlumatı beynəlxalq qurumların diqqətinə çatdırıb, eləcə də bu sahədə beynəlxalq əməkdaşlıq və dəstəyin vacibliyinə toxunub.
Azərbaycan nümayəndə heyəti bu ayın sonlarında ölkəmizdə keçirilməsi nəzərdə tutulan beynəlxalq humanitar minatəmizləmə konfransının əsas mövzuları olacaq Prezident İlham Əliyevin təşəbbüsü ilə yeni humanitar minatəmizləmə üzrə milli Dayanıqlı İnkişaf Məqsədi (DİM), habelə qlobal humanitar minatəmizləmə DİM-lərinin təsis edilməsi barədə məlumat verib.
İxtisaslaşmış beynəlxalq şirkətlərin Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətində mümkün iştirakı, qeyri-texniki və texniki tədqiqat əməliyyatlarında innovativ texnologiyaların tətbiqi, mina qurbanlarının sosial-iqtisadi inteqrasiyasının dəstəklənməsi, habelə Azərbaycanın humanitar minatəmizləmə sahəsindəki təcrübəsinin gələcəkdə digər ölkələrdə tətbiq edilməsi kimi suallar ətrafında geniş müzakirələr aparılıb.
- Türklər Zəngəzuru bu cür ələ keçirəcək: Batum kimi...
- “Naftalanda müalicə almağı da mənə çox görürlər? Ayıb olsun!” - Tahir Kərimli
- “Paşinyanın əsli bizim rayondandır, onu görsəm...” - Misir Mərdanov
- “Yeni nəsillər də bizi buna görə tənqid edəcəklər” - Hikmət Hacıyev
- İran Xəzərdə Rusiya ilə təlimlərə başlayır
- Bu müəllimlər “tapşırıqla” işə düzəldikləri üçün imtahandan kəsildi – Şok AÇIQLAMA
- İran kərə yağının başına Azərbaycanda gətirilən FIRILDAQ
- Süni intellekt Putinin ölüm ilini proqnozlaşdırdı