Paşinyanın “Nemezis” terror hərəkatına abidənin qoyulmasından əvvəlcədən xəbəri olub və o, bu təxribatın qarşısını almayıb.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Ermənistan Baş naziri Nikol Paşinyanın “Azadlıq” radiosuna müsahibəsində İrəvanda "Nemezis" (Türkiyənin və Azərbaycanın tanınmış simalarına qarşı terror aktları törətmiş hərəkat) abidəsinin qoyulmasının məsuliyyətini üzərindən atmağa çalışması barədə qeyd edib.
“Məsələ burasındadır ki, abidənin İrəvanda qoyulmasının təşəbbüskarlarından biri şəhərin vitse-meri Tiqran Avinyan olub. O, abidənin açılışında da iştirak edib. Tiqran Avinyan Nikol Paşinyanın lideri olduğu Mülki Müqavilə Partiyasının üzvüdür. O, bir müddət Paşinyanın administrasiyasında rəhbər vəzifədə də çalışıb. Paşinyan partiyadaşının terrorçulara qoyulan abidə ilə bağlı çalışmasından məlumatlı olub və bunun qarşısını almayıb, ona deməyib ki, bu abidə indiki həssas məqamda - Azərbaycan və Türkiyə ilə danışıqların getdiyi mərhələdə əlavə gərginlik yaradacaq. Nəticədə Türkiyə doğru qərar verərək, Ermənistan təyyarələrinə hava sahəsini qapadıb”, - o bildirib.
Qeyd edək ki, Ermənistan parlamentinin sədri Alen Simonyan ümumiyyətlə bu abidədən xəbərsiz olduqlarını, bunu yerli bələdiyyənin etdiyini iddia edib.
- Rəşt–Astara dəmir yolu nə vaxt hazır olacaq? - İrandan açıqlama
- Bakı ilə Roma arasında hərbi əməkdaşlıq müzakirə olundu
- Prezidentin səhhəti pisləşəndə Mehdiyev Moskvaya zəng etdi
- Azərbaycanda Vatsap istifadəçilərinə xəbərdarlıq
- Bakının üç rayonunda qaz təchizatı dayandırılır
- Azərbaycan və Niderland arasında mühüm müzakirə
- FHN yanında İctimai şuranın üzvləri bir araya gəldi
- Ermənistanla sərhəddə mina partlayışı: XİN-dən reaksiya