Birincə sinfə qəbul zamanı məktəb direktorunun hər hansı valideyndən "şirinlik" istəməsi qanun pozuntusudur.
BUTA.TV xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov deyib.
O bildirib ki, buna görə də valideynlər öz hüquqlarını müdafiə etməlidir.
Nazirlik rəsmisi vurğulayıb ki, belə hallarla qarşılaşan valideynlər hüquq-mühafizə orqanlarına müraciət edə, eyni zamanda birbaşa nazirliyə və digər aidiyyəti qurumlara yazılı şəkildə şikayət göndərə bilərlər:
“Bu prosesdə bir-birimizə yardımçı olmalıyıq. Elektron sistem şagirdin qəbulu barədə sms göndərirsə, məktəbin bu məsələdə əsas rolu toplanılan sənədləri qəbul etməkdir. Bütün sənədlər qaydasındadırsa, məktəbin həmin uşağı qəbul etməmək kimi şansı yoxdur”.
- Fransa çətin qələbə ilə 1/4 finalda - Yenilənib
- Diqqət: Daşınmaz əmlak bahalaşır...
- Səbinə Salmanovaya ağır itki
- Mərakeş darmadağınla 1/4 finala çıxdı - Yenilənib
- Arzum ilk dəfə danışdı: Hələ də şokdayam...
- Qəza vaxtı Amalın qanında nə narkotik, nə də spirt olub - Ekspert rəyi
- Övladları ilə birgə batan polis şəhid övladı imiş - Foto
- Fatimə Kərimovanı öldürən şəxs Türkiyədə saxlanıldı