Məmləkət Partiyası olaraq parlament seçkilərində iştirak edəcəyik.
BUTA.TV xəbər verir ki, bunu sözügen partiyanın rəhbəri Məhərrəm İncə 14 mayda keçirilən prezident seçkisindən geri çəkilməsi ilə bağlı təşkil etdiyi mətbuat konfransında deyib.
“Məmləkət Partiyası Türkiyənin gələcəyi üçün önəmlidir. Digər partiyalar kimi biz də parlamentdə olmalıyıq. Çünki parlamentdə atatürkçülər azlıq təşkil edir. O parlamentdə atatürkçülər də olmalıdır. Hər evdən Məmləkət Partiyası üçün bir səs səs istəyirəm”.
Partiya sədri bildirib ki, “Saraydan pul aldı, namizədliyi geri götürməz” deyənlər var:
“Onlara səslənirəm: Bu şantajlardan qorxmuram. Artıq 45 gündür ki, buna müqavimət göstərirdim. İndi isə namizədliyimi geri götürürəm. Bunu ölkəm üçün edirəm. Bəhanələri qalmasın, seçkidə uduzanda (Kamal Kılıçdaroğlunu nəzərdə tutur – red.) bütün günahı bizim boynumuza atacaqlar”.
Qeyd edək ki, İncənin bu sözləri və tərəfdarlarını “6-lı masa”nın vahid namizədi Kamal Kılıçdaroğluna səs verməyə çağırmaması onun CHP liderinin uduzacağını düşündüyünü deməyə əsas verir.
- Ağdamdakı tarixi məsciddən - Video
- İlham Əliyev İraq prezidentinə başsağlığı verdi
- Bakıda saxlanılan Rusiya vətəndaşlarını yaxınları ziyarət etdi
- Leyla Əliyeva “Məlhəm Hospital”ında - Foto
- Əli Əsədov Ukraynanın yeni baş nazirinə məktub göndərdi
- “O yerdə ki, qadın idarəçiliyi var, orda din-bərəkət yoxdur” deyildi və cərimələndi
- İcra Hakimiyyəti 425 min 685 manatlıq it yemi alır
- "Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu