İranda 4 maqnitudada zəlzələ olub, Naxçıvanda hiss edilib.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ yerli vaxtla saat 20:17-də Heydərabad stansiyasından 30 km cənub-qərbdə, İran ərazisində qeydə alınıb. Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.
Təbii hadisə Heydərabad, Sədərək və Şahbuz rayonlarında 3 bala qədər hiss olunub.
- “Dava edənləri ayıranda ürəyindən bıçaqlanıb” - Video
- “Qarabağ” səfərdən qalib ayrılır - Video-Yenilənib
- Bu ərazidə qaz kəsiləcək
- Mais Ağayev bu TV-yə rəhbər təyin olundu
- Bu MMC-nin lisenziyası ləğv edildi
- Ermənistan həmin dəmir yolunu özü çəkəcək - Paşinyan açıqladı
- Banklar şəxsi məlumatlarımızı niyə toplayır?
- Oteldə iş yoldaşını öldürən şəxsin cəzası bəlli oldu