Türkiyədə 14 may prezident seçkilərinə 2 gün qalmış gündəmi dəyişən proseslər baş verməkdədir.
BUTA.TV xəbər verir ki, Məmləkət Partiyasının sədri, prezidentliyə namizəd Məhərrəm İncənin bu gün gözlənilmədən namizədliyini geri götürməsi ilə seçki həyəcanı bir az da artıb. Məhərrəm İncənin “gizli kaset” şantajı ilə üz-üzə qaldığı üşün seçkidən çəkildiyi iddia edilir. Elə Türkiyə lideri, Cümhur İttifaqının vahid namizədi Rəcəb Tayyib Ərdoğan da 2010-cu ildə CHP sədri Dəniz Baykalın kaset şantajı ilə istefaya göndərilərək, Kılıcdaroğlunun sədr seçilməsinə, indi isə vaxtilə CHP-də olmuş, seçkidə CHP-nin səslərini parçalayacağı düşünülən Məhərrəm İncənin eyni şantajla geri çəkilməyə vadar edildiyinə eyham vurub.
Bir çox ekspert Məhərrəm İncənin geri çəkilməsinə baxmayaraq, seçicilərini Kılıçdaroğluna səs verməyə çağırmaması, üstəlik, “uduzanda məni suçlu bilməsinlər” mesajı ilə əslində “6-lı masa”nın vahid namizədinin uduzacağına işarə etməsi səbəbindən onun seçkilərdəki 7%-lik səsinin bölünəcəyini düşünür. Rəy sorğularında da Məhərrəm İncənin səsinin Ərdoğanla Kılıçdaroğlu arasında bölünəcəyi üzə çıxıb. Bu da İncənin “ortadan qaldırılması” ilə Kılıçdaroğlunun yolunu açmaq istəyənlər qarşısında “problemin həll edilmədiyi” məsələsini qoyub.
Az öncə isə Kılıçdaroğlu İncəni görüşə dəvət edib. O, İncəyə “köhnə inciklikləri bir tərəfə” qoyaraq, görüşməyi təklif edib.
Bununla Kılıçdaroğlu İncənin səslərini tam almağa çalışır. Əgər İncənin bütün seçiciləri Kılıçdaroğluna səs verərsə, bu, seçkinin taleyinə ciddi təsir edə bilər.
- Əli Əsədov Ukraynanın yeni baş nazirinə məktub göndərdi
- “O yerdə ki, qadın idarəçiliyi var, orda din-bərəkət yoxdur” deyildi və cərimələndi
- İcra Hakimiyyəti 425 min 685 manatlıq it yemi alır
- "Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu
- Həbs edilən fransız iş adamı Əhmədovdan nə qədər rüşvət alıb?
- Qod Nisanov təcili Moskvaya döndü - FOOD CİTY-DƏ nə baş verir?
- Prezident Xocalıda bu ailənin qonağı oldu - Fotolar
- Türkiyədəki bu hadisədən nəticə çıxarmalıyıq - Camalqızı