Ermənistanın növbəti təxribatı onun mahiyyətini bir daha ortaya qoydu. Erməni tərəfi 30 il danışıqları uzatdı. Amma onlar konstruktiv mövqe sərgiləmədi. Belə olsa idi, bu qədər qan tökülməzdi.
BUTA.TV xəbər verir ki, bu sözləri bu gün Milli Məclisin plenar iclasında deputat Qüdrət Həsənquliyev deyib.
O qeyd edib ki, Fransa özünün ermənipərəsət siyasətinə nəhayət son qoymalıdır:
“Ermənistana bu kimi məsələlərdə Fransa kimi ölkələr dəstək verir. Bu gün qardaş Türkiyədə bəzi siyasətçilərin, prezidentliyə namizədlərin yanaşması da təəssüf doğurur. Ona görə, Azərbaycan Fransanın iştirakı ilə heç bir sülh prosesinə müsbət yanaşmayacaq. Çünki Fransa kimi ölkələr bu gün bir çoxlarına bölgədə prosesləri pozmaq üçün təlimatlar verir”.
- “Dava edənləri ayıranda ürəyindən bıçaqlanıb” - Video
- “Qarabağ” “Tvente”yə qarşı - Canlı-Yenilənir
- Bu ərazidə qaz kəsiləcək
- Mais Ağayev bu TV-yə rəhbər təyin olundu
- Bu MMC-nin lisenziyası ləğv edildi
- Ermənistan həmin dəmir yolunu özü çəkəcək - Paşinyan açıqladı
- Banklar şəxsi məlumatlarımızı niyə toplayır?
- Oteldə iş yoldaşını öldürən şəxsin cəzası bəlli oldu