Türkiyədə 14 may tarixində keçiriləcək prezident seçkiləri Azərbaycanda da həssaslıqla izlənilir.
BUTA.TV qardaş ölkədə prezidentliyə namizədlərin azərbaycanlılar arasında reytinqini müəyyənləşdirmək üçün sorğu keçirib.
Sorğu onlayn platform üzərindən 25 aprel-12 may tarixlərində aparılıb. Sorğuda ümumilikdə 4440 şəxs iştirak edib.
Sorğu iştirakçılarının 89%-i (3951 səs) qardaş ölkədəki seçkilərdə hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın qalib olmasını arzuladığını bildirib.
İkinci yerdə 5,3% ilə (235 səs) “Altılı masa”nın prezidentliyə vahid namizədi Kamal Kılıçdaroğlu qərarlaşıb.
Məmləkət Partiyasının sədri Məhərrəm İncə 2,9% (129), ATA ittifaqının namizədi Sinan Oğan isə 2,8% (125 səs) toplayıb.
Qeyd edək ki, Məmləkət Partiyasının sədri Məhərrəm İncə ötən gün namizədliyini geri götürüb.
- Bu ərazidə qaz kəsiləcək
- Mais Ağayev bu TV-yə rəhbər təyin olundu
- Bu MMC-nin lisenziyası ləğv edildi
- Ermənistan həmin dəmir yolunu özü çəkəcək - Paşinyan açıqladı
- Banklar şəxsi məlumatlarımızı niyə toplayır?
- Oteldə iş yoldaşını öldürən şəxsin cəzası bəlli oldu
- Azərbaycanlı dənizçilərin olduğu gəmiyə hücum edildi - Video
- Onlar ölkəyə gətirdikləri turistlərə görə subsidiya alacaqlar