Şübhəsiz ki, Rusiya lideri Putin və Ermənistan Baş naziri Paşinyan Moskvada Ermənistan və Azərbaycan arasında nizamlanma məsələsini müzakirə ediblər, çünki bu, Rusiya-Ermənistan münasibətlərində əsas məsələlərdən biridir.
BUTA.TV xəbər verir ki, bunu rusiyalı politoloq Aleksey Naumov “Moskva-Baku” portalına geniş müsahibəsində deyib.
“Moskva bir daha İrəvana başa saldı ki, nizamlanma olmayana qədər Rusiya-Ermənistan münasibətlərində hər hansı irəliləyiş görmək mümkün olmayacaq. Sözsüz ki, Moskva Ermənistan-Azərbaycan nizamlanması üzərində işləyir. Kreml başa düşür ki, Bakı ilə İrəvan arasında sülh sazişinin bağlanmasına ən çox kömək edəcək ölkə kimi, onlar tərəfindən daha çox qiymətləndiriləcək. Ona görə də Azərbaycanla Ermənistan arasında münasibətlərin yekun şəkildə normallaşması həm siyasi, həm də mənəvi baxımdan Moskvanın maraqlarına uyğundur”, - Naumov bildirib.
Qeyd edək ki, Paşinyan 9 May paradında iştirak etmək üçün Moskvaya getmişdi. Səfər çərçivəsində Putinlə ikitərəfli görüş keçirdi.
- Bu ərazidə qaz kəsiləcək
- Mais Ağayev bu TV-yə rəhbər təyin olundu
- Bu MMC-nin lisenziyası ləğv edildi
- Ermənistan həmin dəmir yolunu özü çəkəcək - Paşinyan açıqladı
- Banklar şəxsi məlumatlarımızı niyə toplayır?
- Oteldə iş yoldaşını öldürən şəxsin cəzası bəlli oldu
- Azərbaycanlı dənizçilərin olduğu gəmiyə hücum edildi - Video
- Onlar ölkəyə gətirdikləri turistlərə görə subsidiya alacaqlar