Təhsil haqqında qanuna əlavə dəyişikliklərin edilməsinə ehtiyac var.
BUTA.TV xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Fəzail Ağamalı bildirib.
Deputat məktəblərin bir qisminə direktor təyin edilməməsinə də toxunub:
“Bu məsələ hansı formada tənzimlənir ki, Azərbaycanda olan orta məktəblərin 1/6-də direktor yoxdur? Salyanda 20 məktəbin direktoru yoxdur. Rayonda təhsil sektorunun rəhbəri təhsil ilə əlaqəsi olmayan, iqtisadiyyat sahəsində çalışan bir şəxsdir. Qanunvericilikdə optimal yol tapmalıyıq ki, belə hallara yol verilməsin. Digər tərəfdən, repetitorlar bizə ciddi problem yaradır. Bundan başqa, ali məktəbə ikipilləli qəbul var, bu, dünyanın heç bir yerində yoxdur. Bu gün Azərbaycanda 100 mindən çox şagird orta məktəbi bitirir, lakin onların yarısı qəbul olur, yarısı kənarda qalır. Peşə təhsilinin təkmilləşdirilməsi üçün qanunvericiliyə yenidən baxılmasına ehtiyac var”.
- “Qarabağ” “Tvente”yə qarşı - Canlı-Yenilənir
- Bu ərazidə qaz kəsiləcək
- Mais Ağayev bu TV-yə rəhbər təyin olundu
- Bu MMC-nin lisenziyası ləğv edildi
- Ermənistan həmin dəmir yolunu özü çəkəcək - Paşinyan açıqladı
- Banklar şəxsi məlumatlarımızı niyə toplayır?
- Oteldə iş yoldaşını öldürən şəxsin cəzası bəlli oldu
- Azərbaycanlı dənizçilərin olduğu gəmiyə hücum edildi - Video