Əgər İrəvan Azərbaycanın şərtlərini qəbul edib sülh müqaviləsi imzalamasa, onu yeni müharibə gözləyir.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın sabiq müşaviri Jirayr Liparityan deyib.
Jurnalistin “sülh müqaviləsinin imzalanması Qarabağın Azərbaycan ərazisi kimi tanınması olacaq” replikasına Liparityan belə cavab verib:
“Bizim müqavimət üçün imkanımız varmı? Niyə biz əldə edə bilməyəcəyimizi tələb edirik?”
O vurğulayıb ki, 44 günlük savaşdan sonra Bakının tələbləri əhəmiyyətli dərəcədə sərtləşib:
“Əgər biz 2020-ci ilin yayında masadakı plana razılaşasaydıq, daha az şey itirərdik. Belə məntiqi rəhbər tutaraq, yeni müharibənin ola biləcəyini və daha çoxunu itirəcəyimiz barədə düşünmürsünüzmü? Müqavilə yeni müharibənin olmayacağı ehtimalını 20%-ə çatdıracaq. Əgər onu imzalamasaq, müharibədən qaçmaq olmayacaq.
Bundan başqa, Qarabağ bizim deyil ki, onu kiməsə verək. Biz artıq onu itirmişik. Müharibə nəticəsində biz Qarabağ məsələsində nəsə demək haqqını itirdik”.
- Azərbaycanda doğum kəskin azaldı - Demoqrafik fəlakət?
- 64 yaşlı kişi Həkəridə batdı
- “AzerGold” heyəti Şəhidlər xiyabanını ziyarət etdi
- Balacanın dama çıxıb etdiyi hərəkət gündəm oldu - Video
- Bu rayonlara yağış yağdı, ildırım çaxdı - Faktiki hava
- II və III qruplar üzrə qəbul imtahanı keçirilir
- Naxçıvan reysində gecikmələr var - AZAL
- Azərbaycanda zəlzələ oldu