“Club 100” təşkilatının 30-dan çox səyahətçidən ibarət nümayəndə heyəti bu gün Laçına gəlib.
BUTA.TV xəbər verir ki, səyahətçilər ötən gün Füzuli və Ağdamda olublar.
Xatırladaq ki, mayın 11-də İsveçin beynəlxalq səyahətçilər elitasının cəmləşdiyi “Club 100” təşkilatının geniş heyətinin Qarabağ və Şərqi Zəngəzura üçgünlük səfəri başlayıb. Nümayəndə heyəti Ermənistanın işğal dövründə törətdiyi dağıntılar, eləcə də torpaqlarımız işğaldan azad edildikdən sonra burada aparılan böyük quruculuq işləri ilə tanış olurlar.
Daha əvvəl ETIC, MTP, TCC, “NomadMania” kimi dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin işğaldan azad edilmiş ərazilərə səfərləri təşkil edilib. Artıq ötən 2 il ərzində Qarabağ və Şərqi Zəngəzura 6 səfər təşkil olunub.
- Azərbaycanda doğum kəskin azaldı - Demoqrafik fəlakət?
- 64 yaşlı kişi Həkəridə batdı
- “AzerGold” heyəti Şəhidlər xiyabanını ziyarət etdi
- Balacanın dama çıxıb etdiyi hərəkət gündəm oldu - Video
- Bu rayonlara yağış yağdı, ildırım çaxdı - Faktiki hava
- II və III qruplar üzrə qəbul imtahanı keçirilir
- Naxçıvan reysində gecikmələr var - AZAL
- Azərbaycanda zəlzələ oldu