Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin əməkdaşları tərəfindən ümumi çəkisi 8 kiloqram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınmış, “Göytəpə” və “Xudat” sərhəd dəstələrində dövlət sərhədini pozmağa cəhd göstərən 2 (iki) nəfər sərhəd pozucusu və 1 (bir) nəfər bələdçi sərhəd naryadının sayıqlığı nəticəsində saxlanılıb.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən BUTA.TV-a verilən məlumata görə, may ayının 9-da saat 07:00 radələrində Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində, Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Əlcəzair Xalq Demokratik Respublikası vətəndaşı 1997-ci il təvəllüdlü Merrouche Ebdelouahab saxlanılıb.
Aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılan şəxsə bələdçilik edən Azərbaycan vətəndaşı 1976-cı il təvəllüdlü İlham İsaxan oğlu Məmmədov müəyyən edilərək istintaqa cəlb edilmişdir.
May ayının 10-da saat 01:40-da Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində, dövlət sərhədini pozaraq qanunsuz yolla İran İslam Respublikasından Azərbaycan Respublikasına keçməyə cəhd göstərən Azərbaycan vətəndaşı 1988-ci il təvəllüdlü Aqil Məhəmməd oğlu Şirəliyev saxlanılıb.
May ayının 11-də saat 21:45-də Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması müşahidə olunub.
Sərhəd naryadı tərəfindən “Dayan” əmrinin verilməsinə və havaya xəbərdarlıq atəşinin açılmasına baxmayaraq relyefin mürəkkəbliyindən istifadə edən sərhəd pozucusu geriyə, İran ərazisinə qaçıb.
Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 8 kiloqram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.
Qeyd olunan faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
- “O yerdə ki, qadın idarəçiliyi var, orda din-bərəkət yoxdur” deyildi və cərimələndi
- İcra Hakimiyyəti 425 min 685 manatlıq it yemi alır
- "Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu
- Həbs edilən fransız iş adamı Əhmədovdan nə qədər rüşvət alıb?
- Qod Nisanov təcili Moskvaya döndü - FOOD CİTY-DƏ nə baş verir?
- Prezident Xocalıda bu ailənin qonağı oldu - Fotolar
- Türkiyədəki bu hadisədən nəticə çıxarmalıyıq - Camalqızı
- Türkiyədə istirahətdə olan Nisanov təcili Moskvaya döndü