Boksçumuz dünya çempionatında bürünc qazandı

20:44 - 12 May 2023 - GÜNDƏM

 Boksçumuz dünya çempionatında bürünc qazandı

Özbəkistanın paytaxtı Daşkənddə kişi boksçular arasında dünya çempionatında yarımfinal mərhələsinin döyüşləri keçirilir.

BUTA.TV xəbər verir ki, finala gedən yolda Azərbaycan millisinin heyətində Alfonso Dominqesin (86 kq), ardınca isə Məhəmməd Abdullayev (+92 kq) rinqə çıxıblar.

Məhəmməd Abdullayev 1/2 finalda kubalı Fernando Lopes Arzola ilə üz-üzə gəlib. Döyüşdə rəqib finala vəsiqə qazandığından M.Abdullayev dünya çempionatının bürünc medalla başa vurub. Bu, onun böyüklər arasında ardıcıl eyni əyarlı ikinci mükafatıdır.

Qeyd edək ki, daha öncə A.Dominqes yarımfinalda Georgi Kuşitaşvilini (Gürcüstan) 5:0 (29:28, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edərək ikinci dəfə dünya çempionatının finalına vəsiqə qazanıb. Olimpiya mükafatçımız həlledici görüşdə rusiyalı Şarabutdin Atayevlə döyüşəcək.

Qarşılaşma mayın 14-də olacaq.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol