Ukrayna yeni raketlərlə Luqanska zərbələr endirdi

23:02 - 12 May 2023 - GÜNDƏM

 Ukrayna yeni raketlərlə Luqanska zərbələr endirdi

Mayın 12-də axşam saatlarında işğal altında olan Luqanskda güclü partlayışlar olub.

BUTA.TV xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Bildirilib ki, "Poly-Pack" polimer məhsulları istehsal edən müəssisə vurulub.

Rusiyalı separatçı İqor Qirkin bildirib ki, hücumlar Ukrayna Silahlı Qüvvələri tərəfindən Luqanskdakı radioelektronika zavoduna və neft anbarına da edilib.

Bu xəbər hal-hazırda çox oxunur
Fransa çətin qələbə ilə 1/4 finalda - Yenilənib

İddiaya görə, zərbələr Ukraynanın yeni aldığı "Storm Shadow" qanadlı raketləri ilə vurulub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol