Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan BUTA.TV-a verilən məlumata görə, rayon polis şöbəsinə Kür çayının rayonun Pirəbbə kəndi ərazisindən keçən hissəsinin sahilində narkotik tərkibli bitkilərin kultivasiya edilməsi barədə əməliyyat məlumatı daxil olub. Dərhal qeyd edilən ərazi əməliyyat nəzarətinə götürülüb.
Keçirilən əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət əməli ilə məşğul olan həmin kənd sakini Nəcib Məmmədov çətənə bitkilərinə qulluq edən zaman “iş başında” saxlanılıb. Həmin əraziyə keçirilən baxış zamanı hündürlüyü 37-142 sm arası olan 68 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Aşkar olunan faktla bağlı Neftçala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.
- Prezident Xocalıda bu ailənin qonağı oldu - Fotolar
- Türkiyədəki bu hadisədən nəticə çıxarmalıyıq - Camalqızı
- Türkiyədə istirahətdə olan Nisanov təcili Moskvaya döndü
- İlham Əliyev hər zaman bizə sahib çıxıb - Tatar
- İsrail Bakı danışıqlarından sonra niyə Suriyaya hücum etdi?
- Şıxlinski mənim xahişimlə saxlanıldı, Nisanovun bazarı... - Mironov
- Kreml indi də Qod Nisanovu hədəf alıb – ANONS verildi
- Klinika direktoru arvadını buna görə güllələyib - Təfərrüat