Seçkiyə saatlar qaldı: kim ömdədir? – Ən son sorğu

12:26 - 13 May 2023 - GÜNDƏM

 Seçkiyə saatlar qaldı: kim ömdədir? – Ən son sorğu

“Areda” və “Asal” araşdırma mərkəzləri Türkiyədə seçkiqabağı keçirdikləri son sorğunun nəticələrini açıqlayıb.

BUTA.TV xəbər verir ki, “Areda”nın mayın 11-12-də keçirdiyi sorğuda 25 min nəfər iştirak edib.

Məhərrəm İncənin namizəndliyini geri götürməsindən sonra keçirilən sorğuda iştirak edənlərin 51,3 faizi hazırkı prezident Rəcəb Tayyib Ərdoğana, 44,2 faizi CHP lideri Kamal Kılıçdaroğluna, 4 faizi isə ATA İttifaqından Sinan Oğan səs verməyə hazır olduğunu bildirib.

“Asal”ın araşdırması isə 10-12 may tarixlərində 2000-dən çox şəxsin iştirakı ilə aparılıb. Sorğunun nəticələrinə əsasən, respondentlərin 50,6 faizi Ərdoğanı, 46,3 faizi Kılıçdaroğlunu dəstəkləyəcək.

Bu xəbər hal-hazırda çox oxunur
Fransa çətin qələbə ilə 1/4 finalda - Yenilənib

Qeyd edək ki, sabah Türkiyədə prezident və parlament seçkiləri baş tutacaq. Əgər namizədlərdən heç biri 50 faiz səs toplaya bilməsə, prezident seçkilərinin ikinci turu mayın 28-də keçiriləcək.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol