Ukrayna ordusu Baxmutda yeni əraziləri işğaldan azad etdi

13:00 - 13 May 2023 - GÜNDƏM

 Ukrayna ordusu Baxmutda yeni əraziləri işğaldan azad etdi

Ukrayna ordusu Baxmut şəhərində Rusiya qoşunlarını azı daha bir kilometr geri sıxışdırıb.

BUTA.TV xəbər verir ki, bu barədə Böyük Britanyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son dörd gün ərzində Rusiyanın 72-ci əlahiddə motoatıcı briqadasının hissələri ağır itkilər verərək, eyni zamanda fiziki və mənəvi baxımdan zəifləmiş vəziyyətdə Baxmutun cənub cinahındakı mövqelərindən geri çəkilib.

Məlumata görə, Ukrayna ordusu Baxmutda azı bir kilometr ərazini azad ediblər.

Qeyd edək ki, ötən gün Baxmut şəhərinin 2 km ərazisinin Ukrayna müdafiəçiləri tərəfindən Rusiya hərbçilərindən azad etdildiyinə dair xəbər yayılmışdı.

Rusiyanın “Vaqner” muzdlu hərbi təşkilatının rəhbəri Yevgeni Priqojin hərbçilərinin Baxmutda cinahları boşaltdığı və qaçdığı barədə video-açıqlama yaymışdı.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol