Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycanda akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün brifinq keçirilib.
Bu barədə BUTA.TV-a nazirlikdən məlumat verilib.
Brifinqdə çıxış edən Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov mayın 10-dan başlayaraq Ermənistan silahlı qüvvələri bölmələrinin Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törətməsi barədə xarici ölkələrin hərbi nümayəndələrinə ətraflı məlumat verib.
Bildirilib ki, mayın 11-i və 12-də qarşı tərəf təxribatlarını genişləndirərək vəziyyəti daha da gərginləşdirmək məqsədilə iriçaplı silahlar, minaatanlar, daha sonra isə D-30 toplarından istifadə etməklə mövqelərimizi intensiv atəşə tutub. Qeyd edilib ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki bir neçə mövqeyinə qarşı müxtəlif istiqamətlərdən zərbə PUA-ları da tətbiq edilib.
Xarici nümayəndələrə Ermənistan silahlı qüvvələrinin təxribatlarını əks etdirən videogörüntülər təqdim olunub.
Nümayəndələri maraqlandıran suallar cavablandırıldıqdan sonra onlara PUA-ların qalıqları əyani nümayiş etdirilib.
- Prezident Xocalıda bu ailənin qonağı oldu - Fotolar
- Türkiyədəki bu hadisədən nəticə çıxarmalıyıq - Camalqızı
- Türkiyədə istirahətdə olan Nisanov təcili Moskvaya döndü
- İlham Əliyev hər zaman bizə sahib çıxıb - Tatar
- İsrail Bakı danışıqlarından sonra niyə Suriyaya hücum etdi?
- Şıxlinski mənim xahişimlə saxlanıldı, Nisanovun bazarı... - Mironov
- Kreml indi də Qod Nisanovu hədəf alıb – ANONS verildi
- Klinika direktoru arvadını buna görə güllələyib - Təfərrüat