İlham Əliyev fərman imzaladı

15:10 - 13 May 2023 - GÜNDƏM

 İlham Əliyev fərman imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

BUTA.TV fərmanın mətnini təqdim edir:

1. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1209, № 10, maddə 2002; 2019, № 5, maddələr 822, 825, № 10, maddə 1588, № 12, maddə 1929; 2020, № 7, maddə 892; 2022, № 9, maddə 1030, № 11, maddə 1256; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 3 mart tarixli 2051 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”nin 5-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. 5.4-cü bəndin birinci cümləsində “iki birinci müavini və iki” sözləri “dörd” sözü ilə əvəz edilsin;

1.2. 5.8-ci bənddən “birinci müavinlərindən və ya” sözləri çıxarılsın;

1.3. 5.9-cu bəndin birinci cümləsindən “nazirin birinci müavinlərindən,” sözləri çıxarılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol