Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən ordu sıralarında xidmət edən hərbi qulluqçuların hazırlıq səviyyəsinin və bölmələrin döyüş qabiliyyətinin daha da artırılması istiqamətində görülən işlər davam edir.
Bu barədə BUTA.TV-a Müdafiə Nazirliyindən məlumat verilib.
Cari ilin döyüş hazırlığı planına uyğun olaraq Hərbi Hava Qüvvələrinin (HHQ) Təlim və Tədris Mərkəzində bölük (batareya) komandiri, aviasiya manqa komandiri və ona bərabər vəzifələrə təyin olunacaq namizədlərin, eləcə də bu vəzifələrə təyin edilmiş hərbi qulluqçuların təkmilləşdirmə kursunun ilk buraxılış mərasimi keçirilib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Mərasimdə çıxış edənlər məzunlara HHQ komandanının təbriklərini çatdıraraq hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və döyüş qabiliyyətinin artırılmasında bu cür kursların əhəmiyyətindən danışıb, zabitlərə gələcək xidmətlərində uğurlar arzulayıblar.
Məzunlara sertifikatlar təqdim olunduqdan sonra kurs birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub.
Sonda şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub, xatirə fotosu çəkdirilib.
- Türkiyədə istirahətdə olan Nisanov təcili Moskvaya döndü
- İlham Əliyev hər zaman bizə sahib çıxıb - Tatar
- İsrail Bakı danışıqlarından sonra niyə Suriyaya hücum etdi?
- Şıxlinski mənim xahişimlə saxlanıldı, Nisanovun bazarı... - Mironov
- Kreml indi də Qod Nisanovu hədəf alıb – ANONS verildi
- Klinika direktoru arvadını buna görə güllələyib - Təfərrüat
- Əliyevlə Bediməhəmmədov Yuxarı Gövhər Ağa məscidində - Foto
- Mironovdan Azərbaycan bayrağı ilə bağlı açıqlama