ABŞ Prezidenti Co Bayden qaradərili tələbələrin üstünlük təşkil etdiyi Harvard Universitetinin buraxılış mərasimində çıxış edib.
BUTA.TV xəbər verir ki, ABŞ Prezidenti ölkədə ən böyük terror təhlükəsinin “ağların üstünlüyü” olduğunu bildirib.
Co Bayden bu bəyanatları təkcə tarixən qaradərililərin üstünlük təşkil etdiyi məktəblərdə deyil, həmişə və hər yerdə gündəmə gətirdiyini bildirib.
Çıxışında ABŞ-ı daxili qarşıdurmalardan sarsılan bir millət kimi xarakterizə edən Bayden tələbələri “millətin ruhu üçün mübarizə aparmağa” çağırıb.
Baydenin irqçiliyə qarşı çıxışlarına baxmayaraq, bəzi tələbələrin əllərində "Bayden və Harris qaradərililərlə maraqlanmır" və "Ayağa qalxın, döyüşün, qaralar hücuma məruz qalır" yazılı pankartlar qaldırması diqqət çəkib.
- Arzumun səhhəti pisləşdi
- 16 uşağın kabusu olan ev... - Dünya bunu danışır+Video
- Bakıda milyonluq yol layihəsi su altında qaldı - Video
- Zərdabda su arxından meyit tapıldı
- Tünzalə Əliyevanın qardaşı vəfat etdi
- Sabahın hava proqnozu açıqlandı
- Azərbaycanda doğum kəskin azaldı - Demoqrafik fəlakət?
- 64 yaşlı kişi Həkəridə batdı