Ermənistan və Azərbaycan liderlərinin Brüsseldə gözlənilən görüşünə Paşinyanın deyil, Əliyevin bəyanatları prizmasından baxmaq lazımdır.
BUTA.TV xəbər verir ki, bu sözləri erməni mediasına politoloq Karen İgidyan mayın 14-də Brüsseldə keçirilməsi planlaşdırılan Paşinyan-Əliyev görüşünü şərh edərkən bildirib.
İgidyanın sözlərinə görə, Prezident Əliyev nəyin bahasına olursa olsun, Azərbaycan tərəfinin uğurlarını qeyd edəcək saziş imzalamağa çalışır:
“Bu sənəd Azərbaycanın malik olduğu və əldə edə biləcəyini hüquqi cəhətdən təsbit edəcək, ona görə də Bakını heç nə ilə məhdudlaşdırmayacaq”.
Politoloq vurğulayıb ki, Brüssel platforması Ermənistanda hakim siyasi qüvvə tərəfindən seçilib, çünki Baş nazir Paşinyan və onun siyasi komandası Qərbdə razılaşmalara üstünlük verir:
“Vaxtilə xarici işlər naziri Ararat Mirzoyan Laçın dəhlizində vəziyyətin gərginləşməsi ilə əlaqədar Moskva səfərini və Lavrov və Bayramovla görüşü ləğv etmişdi. Ancaq Nikol Paşinyan Zoddakı son qarşıdurmadan sonra da Əliyevlə danışıqlar aparmaq üçün Brüsselə getməkdən imtina etmədi”.
O iddia edib ki, Qərb Cənubi Qafqazda öz məqsədlərini güdür:
“Əgər Bakı və İrəvan sülh müqaviləsi bağlayarsa və Ermənistan Türkiyə ilə münasibətlərini normallaşdırarsa, o zaman Ermənistan hökuməti rəsmi şəkildə bəyan edə bilər ki, Rusiya kontingentinin Ermənistanda olması artıq lazım deyil. Yəni Qərb Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq üçün bəhanə tapacaq.
İkinci mərhələdə Qərb İrana qarşı geniş dayaq yaradacaq və bu, Rusiya kontingentinin geri çəkilməsi ilə xeyli dərəcədə asanlaşacaq. Təəssüf ki, Ermənistan hökuməti de-fakto Qərbin maraqlarına xidmət etdiyini göstərir”.
- İlham Əliyev hər zaman bizə sahib çıxıb - Tatar
- İsrail Bakı danışıqlarından sonra niyə Suriyaya hücum etdi?
- Şıxlinski mənim xahişimlə saxlanıldı, Nisanovun bazarı... - Mironov
- Kreml indi də Qod Nisanovu hədəf alıb – ANONS verildi
- Klinika direktoru arvadını buna görə güllələyib - Təfərrüat
- Əliyevlə Bediməhəmmədov Yuxarı Gövhər Ağa məscidində - Foto
- Mironovdan Azərbaycan bayrağı ilə bağlı açıqlama
- Berdiməhəmmədov Füzuliyə getdi, Əliyev qarşıladı - Foto