Bundan sonra hər kəsin verdiyi səsin nəticəsinə hamımızın sayğı göstərəcəyi hissəyə (mərhələyə - red.) keçirik.
BUTA.TV xəbər verir ki, bu sözləri İYİ Partiyasının sədri, “Altılı masa”nın üzvü Maral Akşənər bu gün İstanbulda səs verdikdən sonra deyib.
“Bu əziz millətin verəcəyi qərar bizim başımızın üstündədir. Seçimi Ankaradan izləyəcəyəm”, - deyə Akşənər bildirib.
Qeyd edək ki, bu, hazırkı vəziyyət üçün olduqca mühüm mesajdır. Bəzi ekspertlər müxalifətin Ərdoğanın qalib gələcəyini bildiyi üçün artıq indidən küçələrə çıxma və seçki nəticələrinə küçələrdə təsir etmə işinə hazırlıq gördüyünü iddia edir.
Akşənər isə seçki nəticəsini qəbul edəcəyini elan etmiş oldu.
- Banklar şəxsi məlumatlarımızı niyə toplayır?
- Oteldə iş yoldaşını öldürən şəxsin cəzası bəlli oldu
- Azərbaycanlı dənizçilərin olduğu gəmiyə hücum edildi - Video
- Onlar ölkəyə gətirdikləri turistlərə görə subsidiya alacaqlar
- 6 maşını, 2 marketi soyan şəxs saxlanıldı
- 3 yeni turizm və rekreasiya zonası yaradılacaq
- Təl-Əviv aeroportunda xaos: 100 min sərnişin… - Video
- Nazir müşavirini işdən çıxardı