Rusiya Ukraynaya qarşı müharibəni geosiyasi baxımdan artıq uduzdu və indi Çinin vassal dövlətinə çevrilir.
BUTA.TV xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.
“Rusiya faktiki olaraq Çinə tabe olub. Kremlin hərəkətləri İsveç və Finlandiyanı NATO-ya üzv olmaq qərarına gəlməyə məcbur etdiyinə görə Baltik dənizində onun üçün kritik əhəmiyyətli imkanlarını itirib”, - Makron bildirib.
O vurğulayıb ki, Rusiya bu müharibədə hərbi müstəvidə qalib gəlməməlidir:
"Avropa həm əks-hücumda, həm də qaçılmaz danışıqlarda təhlükəsizlik təminatları məsələsini hazırlamaqda ukraynalılara kömək etməlidir".
- Təl-Əviv aeroportunda xaos: 100 min sərnişin… - Video
- Nazir müşavirini işdən çıxardı
- Həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq
- Azərbaycanda aviabilet qiymətləri daha əlçatan ola bilər
- Təyyarə biletləri ilə bağlı tədbirlər görüləcək – Sərəncam
- Daha 34 ölkəyə vizasız gedə biləcəyik
- “Bu kəndlər Ermənistan ərazisi deyil”
- Hərbi biletlə bağlı qərar: 200 manat cərimə...