Rusiya ordusu Ukraynaya qarşı genişmiqyaslı müharibədə ağır itkilərinə baxmayaraq ciddi hərbi qüvvə olaraq qalır.
BUTA.TV xəbər verir ki, bunu NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı, general Kristofer Kavoli deyib.
"Quru Qoşunlarının həqiqətən böyük problemləri var: çoxluq əsgər, silah və texnika itirdilər. Ancaq bunun müqabilində onların yeri dolduruldu və indi Rusiyanın quru qüvvələri əvvəlkindən daha böyükdür”, - Kavoli bildirib.
Generalın sözlərinə görə, Rusiya Hava Qüvvələri yüzdən az qırıcı və bombardmançı təyyarəsini itirib, lakin onların minə yaxın təyyarəsi hələ də var:
"Donanma, kibernetik qoşunlar, kosmik qüvvələr demək olar ki, zərər görməyib”.
Kavolinin fikrincə, Rusiya ordusunun döyüş qabiliyyətinin qiymətləndirilməsi zamanı bütün qoşun növlərində imkanları nəzərə alınmalıdır.
- Təl-Əviv aeroportunda xaos: 100 min sərnişin… - Video
- Nazir müşavirini işdən çıxardı
- Həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq
- Azərbaycanda aviabilet qiymətləri daha əlçatan ola bilər
- Təyyarə biletləri ilə bağlı tədbirlər görüləcək – Sərəncam
- Daha 34 ölkəyə vizasız gedə biləcəyik
- “Bu kəndlər Ermənistan ərazisi deyil”
- Hərbi biletlə bağlı qərar: 200 manat cərimə...