İranın Sistan və Bəlucistan əyalətinin İranşəhr şəhərində pərakəndə yanacaq satışı ilə məşğul olan 24 yaşlı gənc SEPAH qüvvələrinin atəşi nəticəsində həyatını itirib.
BUTA.TV xəbər verir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.
Məlumatda bildirilir ki, Cəma Sərəfrazinin idarə etdiyi avtomobil SEPAH üzvlərinin atəş açması nəticəsində alovlanıb. Hadisə nəticəsində sürücü həyatını itirib.
Qeyd edək ki, İranın Sistan və Bəlucistan əyalətində yaşayan sünni məzhəbli bəluclar iqtisadi göstəricilərə görə ölkədə ən son yerdə dayanırlar. Onların bir qismi gündəlik ehtiyaclarını təmin etmək üçün qanunsuz pərakəndə yanacaq satışı ilə məşğul olur.
- Paşinyan Əliyevlə son görüşündən danışdı
- Putin Trampa başqa seçim qoymadı: 50 gündə nələr olacaq?
- Emin rus aparıcıları onlarla əvəzlədi
- Paşinyan: Bu, Bakı ilə müzakirə masasındadır
- İrəvan-Bakı-Moskva formatı işləmir, çünki inanmırıq
- Berdiməhəmmədovun qızı da Bakıdadır: Leyla Əliyeva ilə görüşdü
- Nikol Zəngəzuru gizli müzakirəyə çıxardı: 3 ölkəyə səfər...
- Tramp Putinə niyə 50 gün vaxt verdi? - Əsl hədəf budur