Azərbaycanda fəaliyyət göstərən bir sıra qurum və təşkilatların istifadəçi hesablarına koordinasiyalı giriş cəhdləri qeydə alınıb.
BUTA.TV xəbər verir ki, bu barədə Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) məlumat yayıb.
"Müşahidələr göstərir ki, kiberhücumçular istifadəçi hesablarına icazəsiz girişi müxtəlif üsullarla həyata keçirirlər. Onlar xarici İP ünvanlarla yanaşı, trafikini Azərbaycan ərazisindən daxil olan legitim bağlantı kimi göstərmək və mümkün coğrafi məhdudiyyətlərdən yayınmaq məqsədilə Azərbaycan IP ünvanları təqdim edən "VPN" və proksi infrastrukturlarından da istifadə edirlər.
Kiberhücumların əsas məqsədi “Mikrosoft 365”, eləcə də digər e-poçt mühitlərinə icazəsiz giriş əldə etməklə qurum və təşkilatlara məxsus məxfi məlumatların, elektron yazışmaların və digər həssas məlumatların ələ keçirilməsindən ibarətdir", - məlumatda qeyd olunub.
Yeni ingilis səfir Prezidentin qəbulunda azərbaycanca danışdı - Fotolar
Bununla əlaqədar, Milli CERT təşkilat və qurumlara istifadəçi hesablarının təhlükəsizliyini gücləndirmək məqsədilə aşağıdakı tədbirləri həyata keçirməyi tövsiyə edir:
Giriş loqlarının yoxlanılması, xüsusilə eyni gün ərzində həm xarici ölkələrdən, həm də Azərbaycan IP ünvanlarından qeydə alınmış girişlərin təhlil edilməsi;
Eyni mənbədən çoxsaylı hesaba qarşı uğursuz giriş cəhdlərinin araşdırılması;
Şübhəli uğurlu girişlərin müəyyən edilməsi;
Bütün istifadəçi hesabları üzrə çoxfaktorlu autentifikasiyanın ("MFA") aktivləşdirilməsi.
Müşahidə olunan fəaliyyətlə əlaqələndirilən hücum indikatorlar ("IOC") aşağıdakılardır:
146.70.247[.]20
179.43.158[.]195
130.94.80[.]141
94.20.154[.]138
35.178.160[.]238
- MİDA güzəştli ipoteka krediti - Expressbankda
- Viktor Yuşşenko İlham Əliyevə təşəkkür etdi - Fotolar
- Vüsal Nəsirli onu özünə müşavir təyin etdi
- Azərbaycanda bəzi qurumlara kiberhücum cəhdləri olub
- Bakının 30 yol sahəsində təmir işləri yekunlaşdırıldı
- Müəllimlərin işə qəbulu ilə bağlı nəticələr açıqlandı
- AAYDA sədri onu özünə müşavir təyin etdi - Foto
- Sabah çimərliyə getmək istəyənlərin nəzərinə!