İtaliyanın "İnter" futbol klubu UEFA Çempionlar Liqasının finalına yüksəlib.
BUTA.TV xəbər verir ki, turnirin ilk finalçısı İtaliyadakı Milan derbisində müəyyənləşib. Birinci oyunda "Milan"a 2:0 hesabı ilə qalib gələn "İnter" "Cüzeppe Meatsa" stadionundakı ikinci görüşdə də rəqibini məğlub edib - 1:0. Yeganə qolu 74-cü dəqiqədə Lautaro Martines vurub.
Qeyd edək ki, yarımfinalın digər matçında İspaniya "Real Madrid"i İngiltərədə "Mançester Siti"nin qonağı olacaq. Komandalar arasında ilk matç 1-1 hesabı ilə başa çatıb.
- Sabah yağış yağacaq
- Sabiq rəis məhkəmə zalından azadlığa buraxıldı
- "Rənc Rover" ağır qəzaya uğradı: ölənlər var - Foto
- Xırdalandakı qətlə görə 2 nəfər saxlanıldı - Foto
- 14 yaşlı oğlan ov tüfəngindən açılan atəşdən öldü
- Təyyarə göyərtəsində POS ödəniş imkanı istifadəyə verildi
- İlham Nəsirov vəzifəsindən azad olundu - Foto
- Əsəbiləşib özünə xəsarət yetirən futbolçuya - AFFA-dan ağır cəza