Ermənistan Azərbaycanla sülh müqaviləsinin bir neçə maddəsi üzrə irəliləyişin olduğunu qeyd edir.
BUTA.TV xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Moskvada Rusiya və Azərbaycanın xarici işlər nazirləri ilə görüşündə deyib.
O bildirib ki, bəzi məqamlarda, xüsusən də nəqliyyat və logistika kommunikasiyalarının açılması kimi aspektlərdə, eləcə də Ermənistanla Azərbaycan arasında 1991-ci ildə imzalanmış Almatı Bəyannaməsi əsasında sərhədlərin delimitasiyası və demarkasiyası məsələsində artıq anlayış yaranır.
“Hesab edirik ki, tərəflər sülh prosesinin parametrlərinin daha da konkretləşdirilməsi üzərində işləməlidirlər”, - A.Mirzoyan deyib.
Ermənistan XİN başçısı eskalasiyanın qarşısının alınmasının və güc tətbiqindən çəkinməyin vacibliyini qeyd edib.
- ABB-dən süni intellekt əsaslı Fərdi Maliyyə Meneceri!
- Bakıda ödənişsiz avtobuslar fəaliyyətə başladı
- Prezident onu sədr müavini təyin etdi
- Bəzi ərazilərə leysan yağır
- Bir vaxtlar TV ulduzu idi, indi ABŞ-da yuxa bişirir - Video
- Bakının mərkəzində ödənişsiz marşrutlar fəaliyyətə başladı
- “AzerGold” 25-ci sikkə kolleksiyasını təqdim etdi
- "Prius" "Mersedes"lə toqquşdu: 1 ölü, 6 yaralı