Azərbaycanlı alpinist Makalu zirvəsini fəth etdi

18:44 - 19 May 2023 - GÜNDƏM

 Azərbaycanlı alpinist Makalu zirvəsini fəth etdi

Everest zirvəsini və Şimal qütbünü fəth edən ilk azərbaycanlı alpinist İsrafil Aşurlu Nepalda yerləşən Makalu zirvəsini fəth edərək Azərbaycanın Bayrağını dalğalandırıb.

BUTA.TV xəbər verir ki, hündürlüyü 8 min 485 metr olan Makalu səkkizminlik zirvələr arasında ən çox çətinlik yaradan dağ hesab olunur və ekspedisiyaların ancaq 30 faizi uğur qazana bilir.

Bu, İ.Aşurlunun fəth etdiyi sayca altıncı səkkizminlik zirvədir.

Qeyd edək ki, İsrafil Aşurlu 2007-ci ildə Everest (8848 m), 2009-cu ildə Qələbə (7439 m), 2011-ci ildə Kançencanqa (8586 m), 2019-cu ildə isə Lxotze (8516 m) və Manaslu (8163 m) zirvələrinə çıxıb, keçmiş SSRİ-nin beş ən hündür zirvəsinin hamısını fəth edərək "Qar bəbiri" fəxri adını qazanan ilk azərbaycanlıdır.

Bu xəbər hal-hazırda çox oxunur
Sobçak Rövşən Məmmədovu hədəfə aldı - Video

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol