2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanda nəqliyyatçılar 578,6 milyon sərnişinə xidmət göstəriblər.
Bu barədə BUTA.TV-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Qeyd edilib ki, sərnişinlərin 87,1 faizi avtomobil nəqliyyatı, 12,4 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 504,1 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3,2 faiz və 20,0 faiz artım qeydə alınıb.
Sərnişinlərin 95,5 faizi avtobus, 4,5 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Sərnişin dövriyyəsi isə 18,6 faiz artıb.
- Sabah 37 dərəcə isti olacaq
- ABB-dən süni intellekt əsaslı Fərdi Maliyyə Meneceri!
- Bakıda ödənişsiz avtobuslar fəaliyyətə başladı
- Prezident onu sədr müavini təyin etdi
- Bəzi ərazilərə leysan yağır
- Bir vaxtlar TV ulduzu idi, indi ABŞ-da yuxa bişirir - Video
- Bakının mərkəzində ödənişsiz marşrutlar fəaliyyətə başladı
- “AzerGold” 25-ci sikkə kolleksiyasını təqdim etdi