Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsi olan Rəşt-Astara dəmir yolu xətti 2027-ci ildə tikiləcək.
BUTA.TV xəbər verir ki, bu sözləri Rusiya baş nazirini müavini Andrey Belusov deyib.
“Müqaviləyə əsasən, tikinti 4 il çəkməlidir. Artıq layihələndirmə və geoloji kəşfiyyat işləri aparılır. Biz planlaşdırırıq ki, 2027-ci ilin III rübündə və ya 2027-ci ilin sonuna qədər bütün işlər tam başa çatdırılmalıdır”.
Belousov bildirib ki, bu marşrutun tətbiqi üçün çox fəal iş gedir.
“Hər şey yaxşı gedir və biz 2030-cu ilə qədər bu istiqamətdə daşımaların həcminin 10 milyon tona çatacağına inanırıq”, - deyə rəsmi bildirib.
- 160 milyon manat maliyyə pozuntusu aşkarlanıb
- Həftəsonu temperatur çox yüksək olacaq - Xəbərdarlıq
- Bakı-Quba yolunda piyada ölümü - Anbaan video
- Xəzərdə batan 3 gəncin axtarışı davam edir - Video
- 15 yaşlı oğlan anasının maşınını qaçıraraq qəza törətdi
- Gəncədə avtomobil təmiri sexində meyit tapıldı
- Dənizdə batan 17 yaşlı Arzunun - Fotosu
- Azad edilən 10 kəndə növbəti köç karvanları yola salındı