Kamal Kılıçdaroğlunun Türkiyənin 13-cü prezidenti seçilməsi üçün sona qədər çalışacağıq.
BUTA.TV xəbər verir ki, bunu İYİ Partiyasının sədri Maral Akşənər mayın 14-də keçirilən prezident seçkilərindən sonra ilk dəfə verdiyi açıqlamada deyib.
O, bu axşam İstanbula gedəcəyini açıqlayıb:
“Şəxsən özüm nə lazımdırsa, onu da etməyə hazıram. Əgər Rəcəb Tayyib Ərdoğan qazansa, Türkiyədə partiyalı prezident sistemi bir daha müzakirə olunmayacaq. Ona görə də buna mane olmalıyıq”.
Qeyd edək ki, prezident seçkilərinin ikinci turu 28 mayda keçiriləcək. İkinci turda Cümhur İttifaqının namizədi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və “Altılı masa”nın namizədi Kamal Kılıçdaroğlu mübarizə aparacaq.
- Xəzərdə batan 3 gəncin axtarışı davam edir - Video
- 15 yaşlı oğlan anasının maşınını qaçıraraq qəza törətdi
- Gəncədə avtomobil təmiri sexində meyit tapıldı
- Dənizdə batan 17 yaşlı Arzunun - Fotosu
- Azad edilən 10 kəndə növbəti köç karvanları yola salındı
- Bu verilişlər bağlandı, onlar cəzalandı: bəs sonra?
- Şamaxıda zəlzələ oldu
- Hamının lağ etdiyi saçlarını autizmli oğlu onu tanısın deyə uzadırmış... - Fotolar - Video