Qərb bizim sərdarımızı (Qasım Süleymani) öldürdü və bunun qarşılığında ilk zərbəni aldı.
BUTA.TV xəbər verir ki, bu sözləri İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandiri Hüseyn Salami deyib.
O, İranın ABŞ və Avropa ilə bağlı köhnə iddialarını yenidən qaldıraraq, Tehran rejiminin növbəti həmləyə hazırlaşdığını bildirib:
"İkinci zərbə ABŞ qüvvələrinin bölgədən çıxarılmasıdır. Bu proses artıq gedir. Üçüncü zərbəni isə vurmağa hazırlaşırıq", - Salami qeyd edib.
Avropa ölkələrinin acınacaqlı durumda olduğunu deyən SEPAH komandiri İranın müdafiə sənayesində artım olduğunu etiraf edib:
"Avropa çoxsaylı problem və böhranlarla üzləşib. Fransa kimi bir ölkə paytaxtında məişət tullantılarını yığmaqdan acizdir. İran isə silah istehsalında sürətli inkişaf edir. Hazırda dünyanın istənilən bölgəsinə - Qərbə, xüsusilə ABŞ və İsrailə cavab verməyə qadirik".
Qeyd edək ki, Hüseyn Salaminin iddialarının əksinə, ABŞ bölgədə İran təhdidinə qarşı İran körfəzi, Oman dənizi və yaxın bölgələrə əlavə qüvvələr, pilotsuz uzaqdan idarə olunan gəmilər və əlavə dəniz qüvvələri cəlb etməkdə davam edir.
- Əli Kərimlinin saxlanılması ilə bağlı yeni məlumat
- Cəmil Həsənli hava limanından geri qayıtdı - DTX-yə çağırıldı
- Gültəkin Bakıya göndərilir: daha iki şəxs saxlanacaq
- Gültəkin Hacıbəyli Türkiyədə saxlanıldı: deport edilir
- Azərbaycan Qahirədə mühüm iclasda təmsil olunacaq
- 14 yüksək rütbəli zabitimizin şəhid olmasından 4 il ötür
- Əli Kərimlinin evindən Ramiz Mehdiyevin məktubu tapıldı
- Əli Kərimli DTX-ya aparıldı