Almaniyanın paytaxtı Berlində 22 may (1 Xordad) hadisələrinin ildönümü ilə əlaqədar etiraz aksiyası başlayıb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, "Unter Der Linden" meydanında toplaşan etirazçılar əllərində müxtəlif şüarlar, Azərbaycan və Güney Azərbaycanın bayraqlarını tutublar.
Onlar "Azadlıq, Ədalət, Milli Hökumət” şüarını səsləndirilər.
Bir qədər sonra aksiyada çıxışlar olacaq.
Xatırladaq ki, 2006-cı il mayın 12-də İran hakimiyyəti “İran” rəsmi qəzetində 35 milyondan çox Azərbaycan türkünü həşərat kimi təsvir edən təhqiramiz karikatura çap edib. Bu hadisə Güney Azərbaycanda kəskin etirazla qarşılanıb və azərbaycanlılar yaşadıqları şəhər və qəsəbələrdə etiraz aksiyalarına başlayıblar.
Təhlükəsizlik qüvvələri Tehran, Zəncan, Təbriz, Urmiya, Ərdəbil, Əhər, Həmədan, Kəleybər, Muğan, Miyanə, Marağa, Xoy, Salmas, Xiyav, Qoşaçay, Sulduz və Mərənd şəhərlərində təşkil edilən nümayişlərə müdaxilə edib. Rəsmi məlumatlara görə, dinc aksiyaçılara atəş açılması nəticəsində az 30 nəfər öldürülüb, yüzlərlə insan yaralanıb.
Güney azərbaycanlı fəallar isə bildirirlər ki, hadisələr zamanı 5 mindən artıq etirazçı həbs edilərək, işgəncəyə məruz qalıb, 200 nəfərə yaxın şəxs öldürülüb və ya itkin düşüb.
Hər il, azərbaycanlılar və xüsusilə də Güney Azərbaycan fəalları dünyanın hər yerində, bu tarixi gündə - 1 Xordad hadisələri zamanı həlak olanların xatirəsi yad edirlər.
- Bankda gördüyünü dostlarına danışdı - 200 minlik oğurluqları kameraya düşdü
- Dizinə antibiotik iynəsi vuran kişi öldü
- Binədə iki avtobus toqquşdu: 22 nəfər xəsarət aldı
- 41 dərəcə isti: Nazirlikdən əhaliyə müraciət...
- 160 milyon manat maliyyə pozuntusu aşkarlanıb
- Bakı-Quba yolunda piyada ölümü - Anbaan video
- Xəzərdə batan 3 gəncin axtarışı davam edir - Video
- 15 yaşlı oğlan anasının maşınını qaçıraraq qəza törətdi