Tovuzda 13 yaşlı qız itkin düşüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan BUTA.TV-a verilən məlumata görə, Tovuz rayon Aşağı Quşçu kənd sakini 2010-cu il təvəllüdlü Əfsanə Tağıyeva may ayının 18-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Həmin şəxsin əlamətləri belədir: boyu 155 sm, gözlərinin rəngi qara, qara və qısa saçlara malikdir, orta bədən quruluşludur. Evdən çıxarkən onun əynində göy rəngli cins şalvar, qırmızı rəngli qısaqol köynək və sarı rəngli ayaqqabı olub.
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” xidmətinə, həmçinin 022-315-00-94 şəhər və (070) 213-64-00 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
- Bakı ətrafında yeni dəmiryol xətti çəkiləcək - Video
- Həbsdə olan stomatoloqun daha bir cinayəti üzə çıxdı
- Bakıda yeni təhlükə: bu məhsulları almayın - Rəsmi
- "İdrak" liseyindəki cinayət işi qapalı keçiriləcək - Qərar
- Bankda gördüyünü dostlarına danışdı - 200 minlik soyğun kameraya düşdü
- Dizinə antibiotik iynəsi vuran kişi öldü
- Binədə iki avtobus toqquşdu: 22 nəfər xəsarət aldı
- 41 dərəcə isti: Nazirlikdən əhaliyə müraciət...