Niaqara şəlaləsi 28 May-Müstəqillik Günü münasibəti ilə Azərbaycan bayrağının rənglərində işıqlandırılıb.
Kult.az xəbər verir ki, ABŞ-la Kanada arasında yerləşən dünyaca məşhur Niaqara şəlaləsi ABŞ vaxtı ilə saat 22:30-da Azərbaycan bayrağının üç rənginə (mavi, qırmızı və yaşıl) boyanıb.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 105-ci ildönümünə həsr olunmuş mərasim Birləşmiş Ştatların Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin (ACMA) təşkilatçılığı ilə baş tutub. Azərbaycan bayraqları ilə şəlalənin ətrafına dövrə vuran həmvətənlərimiz yallı sədaları altında rəqs ediblər.
Heyrətamiz görüntüyə bürünən Niaqara şəlaləsi ərazini ziyarət edən turistin və yerli sakinlərin diqqətini çəkib. Onlar şəlalənin füsünkar görüntüsünün fonunda foto çəkdiriblər. ACMA-nın üzvləri ziyarətçilərə Azərbaycanın Müstəqillik Günü barəsində məlumat veriblər.
Qeyd edək ki, Niaqara şəlaləsi ABŞ vaxtı ilə səhər saatlarına qədər Azərbaycanın dövlət bayrağının parlaq rəngləri ilə işıqlanacaq.
- Bu kartla nəqliyyat ödənişinin 10%-i geri qaytarılacaq
- Mərdəkanda 16 yaşlı oğlan dənizdə batdı
- Müəllimlərin geyimi ilə bağlı qanun qəbul edildi
- Hava Yollarının bu proqamına müraciətlər 4 dəfə artdı
- Bağçalara elektron qəbul başladı
- Milli Məclisin iclası başladı
- Boşanmadan da aliment ala bilərsiniz...
- Bakıda ağır qəza: avtomobil iki hissəyə bölündü - Video