Rusiya ordusu Ukraynanın Xarkov vilayətinin Kovşarovka kəndini atəşə tutub.
BUTA.TV xəbər verir ki, bu barədə Xarkov vilayətinin rəhbəri Oleq Sinequbov məlumat yayıb.
“Atəş nəticəsində 73, 85 və 90 yaşlı 3 nəfər, o cümlədən hamilə qadın, 14 yaşlı yeniyetmə və 10 yaşlı uşaq xəsarət alıb. Bununla yanaşı, kənddə yataqxana binası, 2 fərdi yaşayış evi və qaz xətti zədələnib”, - vilayət rəhbəri bildirib.
O eyni zamanda qeyd edib ki, Rusiya ordusu Qluşkovka kəndini də atəşə tutublar:
“Orada 60 yaşlı qadın yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib”.
- Bu kartla nəqliyyat ödənişinin 10%-i geri qaytarılacaq
- Mərdəkanda 16 yaşlı oğlan dənizdə batdı
- Müəllimlərin geyimi ilə bağlı qanun qəbul edildi
- Hava Yollarının bu proqamına müraciətlər 4 dəfə artdı
- Bağçalara elektron qəbul başladı
- Milli Məclisin iclası başladı
- Boşanmadan da aliment ala bilərsiniz...
- Bakıda ağır qəza: avtomobil iki hissəyə bölündü - Video