Teleqramın Ermənistan seqmentində ehtiyatda olan polkovnik Vladimir Hovhannisyana istinadən “Qafan rayonunun Nerkin-Xand sərhəd kəndində Ermənistan Silahlı Qüvvələrinin 6 hərbçisi ilə əlaqənin kəsildiyi” barədə məlumat yayılır.
BUTA.TV xəbər verir ki, bu barədə “Caliber” məlumat yayıb.
“Ola bilsin ki, Ermənistan hakimiyyəti Kişinyovda danışıqlar raundu ərəfəsində sülh gündəmini tamamilə pozmaq üçün ərazimizə daha bir təxribat qrupu göndərməyə cəhd etmək qərarına gəlib. Təsdiq və ya təkzib edilənə qədər bu məlumatı diqqətlə izləyəcəyik”, – “Caliber” bildirib.
Qeyd edək ki, bir qədər əvvəl Ermənistan dövlət sərhədinin Zəngilan istiqamətinə təxribat-diversiya qrupu göndərib, sərhədçilərimiz tərəfindən təxribatın qarşısı alınıb, 2 erməni hərbçi saxlanılıb.
- Pensiyalar nə vaxt veriləcək?
- Bu kartla nəqliyyat ödənişinin 10%-i geri qaytarılacaq
- Mərdəkanda 16 yaşlı oğlan dənizdə batdı
- Müəllimlərin geyimi ilə bağlı qanun qəbul edildi
- Hava Yollarının bu proqamına müraciətlər 4 dəfə artdı
- Bağçalara elektron qəbul başladı
- Milli Məclisin iclası başladı
- Boşanmadan da aliment ala bilərsiniz...