AB-nin Gürcüstandakı səfiri Pavel Qerçinski Gürcüstan baş nazirinin müavini, iqtisadiyyat naziri Levan Davitaşviliyə Tiflis və Moskva arasında birbaşa uçuşların bərpası ilə bağlı demarşı təhvil verib.
BUTA.TV xəbər verir ki, bu barədə "İnterpressnyus" məlumat yayıb.
Məlumata görə, Qerçinski ilə birlikdə AB-nin 27 dövlətinin səfirləri Gürcüstan baş nazirinin müavini ilə görüşüblər:
"Biz ona (Davitaşviliyə - red.) bildirdik ki, Gürcüstan hökumətinin Rusiyaya birbaşa uçuşları bərpa etmək qərarından təəssüflənirik. Bu qərar AB-nin bütün 27 üzvünün Rusiyaya birbaşa uçuşlar həyata keçirməmək və Rusiya təyyarələrinin AB-yə üzv ölkələrin ərazisi üzərində uçmasına icazə verməmək barədə yekdil qərara ziddir”, - səfir bildirib.
- Müəllimlərin geyimi ilə bağlı qanun qəbul edildi
- Hava Yollarının bu proqamına müraciətlər 4 dəfə artdı
- Bağçalara elektron qəbul başladı
- Milli Məclisin iclası başladı
- Boşanmadan da aliment ala bilərsiniz...
- Bakıda ağır qəza: avtomobil iki hissəyə bölündü - Video
- Vəzifəli şəxsin işi məhkəmədə: Pul alıb əsgərlikdən saxlayırmış
- Bu nazirə yeni müavin təyin edildi - Sərəncam