Azərbaycan Prezidenti ilə görüş çox məhsuldar keçdi.
BUTA.TV xəbər verir ki, bunu Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Prezident İlham Əliyevlə görüşdən təəssüratlarını bölüşərkən deyib.
"Bu həftə çox maraqlı olacaq, çünki Bakı Enerji Həftəsi başlayır", - Baronessa əlavə edib.
Xatırladaq ki, Baronessanın Azərbaycana dördgünlük səfəri bu gün başlayıb. Nikolson enerji bazarı imkanlarını və Azərbaycanın “təmiz enerji”yə keçidini müzakirə etmək üçün “Baku Connect” tədbirində iştirak edəcək. O, həmçinin Bakı Enerji Həftəsi və Bakı Enerji Forumunda iştirak edəcək. Emma Nikolsonun energetika naziri Pərviz Şahbazov, mədəniyyət naziri Adil Kərimli, Milli Məclisin Sədri Sahibə Qafarova, enerji, tikinti və tibb şirkətlərinin nümayəndələri ilə də görüşləri nəzərdə tutulub.
- Müəllimlərin geyimi ilə bağlı qanun qəbul edildi
- Hava Yollarının bu proqamına müraciətlər 4 dəfə artdı
- Bağçalara elektron qəbul başladı
- Milli Məclisin iclası başladı
- Boşanmadan da aliment ala bilərsiniz...
- Bakıda ağır qəza: avtomobil iki hissəyə bölündü - Video
- Vəzifəli şəxsin işi məhkəmədə: Pul alıb əsgərlikdən saxlayırmış
- Bu nazirə yeni müavin təyin edildi - Sərəncam