Bugünlərdə Moskvadan qayıdan Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 7-də yenidən Rusiyaya iki günlük səfər edəcək. Nikol Paşinyan son Moskva görüşündən narazı qaldığını gizlətmədi. Onu narazı salan Kremlin Laçında sərhəd-keçid məntəqəsinin yaradılmasıyla bağlı Bakıya təzyiq etməməsidir. Buna baxmayaraq, Paşinyan Kremlin hər səfər çağırışına dərhal cavab verir.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Nikol Paşinyanın 7 iyunda Moskvaya səfərə gedəcəyi barədə məlumata münasibətində qeyd edib.
O bildirib ki, iyunun 1-də Paşinyan və Əliyevin Kişinyovda görüşü gözlənilir:
“Bu görüşdə vasitəçi Brüssellə yanaşı Paris və Berlin olacaq. Görünür, Kreml Paşinyandan bu görüşün hesabatını istəyəcək. Paşinyan Kremli rahatlatmaq üçün bəri başdan deyib ki, Kişinyovda sülh sazişi imzalanmayacaq”.
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda magistralla qaçan cins atlar kimindir? - Video
- Atasını itirən Messiyə təsirli jest - Fotolar
- Türkiyədən İslandiyaya tarixi təyinat - İlk o oldu
- Kanalda batan Aminin meyiti tapıldı
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video