Ermənistanın Qərbdə çox güclü lobbisi var. O lobbi başqa məsələlərlə yanaşı, Türkiyəyə də təsir etməyə çalışır. Ərdoğanın qələbəsi Rusiya, Türkiyə və Cənubi Qafqaz üçün çox mühüm rol oynadı. Bu, həm də birqütblü dünya ilə qarşı-qarşıya durmaq baxımından mühümdür.
BUTA.TV xəbər verir ki, bunu rusiyalı siyasi müşahidəçi Aleksandr Razuvayev deyib.
O bildirib ki, Ərdoğanın uduzacağına inananlar olub, amma bu baş verməyib:
“Ərdoğan Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasında müsbət rol oynayır. Bu, sabitlik faktorudur. Təcrübə göstərdiyi kimi, Putin və Ərdoğan müxtəlif sahələrdə razılığa gələ bilərlər. Onlar həmişə sözlərini tuturlar, nə qədər çətin vəziyyətdə olsalar da, həmişə razılaşırlar. Həmişə bir kompromis tapırlar. Üstəlik, hesab edirəm ki, seçkidə Ərdoğanı dəstəkləmək üçün Rusiya taxıl müqaviləsini uzadıb. İnanıram ki, Moskva tamamilə düzgün iş görüb”.
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda magistralla qaçan cins atlar kimindir? - Video
- Atasını itirən Messiyə təsirli jest - Fotolar
- Türkiyədən İslandiyaya tarixi təyinat - İlk o oldu
- Kanalda batan Aminin meyiti tapıldı
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video