Sumqayıtda “Nəsimi” parkı ərazisində qanunsuz tikintinin qarşısı alınıb.
BUTA.TV xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri Sumqayıt şəhərində yerləşən “Nəsimi” parkı ərazisində müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edib.
Dövlət Agentliyi və Sumqayıt Şəhər İcra Hakimiyyətinin həyata keçirdiyi müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işinin qarşısı alınıb və tikilməkdə olan obyekt sökülüb.
- Elçibəy Əli Kərimli ilə bağlı bunu xahiş etmişdi
- Əli Kərimli buna görə həbs edildi - Əli İnsanov
- Bakıda gündəm olan bu maşın kimindir? - Foto
- Rusiyada Vidadi Mustafayev saxlanıldı
- Dəhlizlə bağlı dəyişiklik edilə bilər - Xandanyan
- Azərbaycan Ordusunun sabiq xidmət rəisinin cəzası bəlli oldu
- Hərbi vəzifəlilərlə təlim toplanışı keçirildi - Video
- Hüquq müdafiəçisi: Türkiyənin Gültəkini Azərbaycana verməsi...